Great fair-play example from Kapaz's Nigerian striker Victor Osegeyl

Kəpəz - Qarabağ (0-2) oyunun birinci hissəsinin ortalarında maraqlı hadisə yaşanıb. Belə ki, matçın baş hakimi Rəhim Həsənov 27-ci dəqiqədə (hesab 0-0 olarkən) meydan sahiblərinin futbolçusu Viktor Oseqeylin rəqib qapıçı İbrahim Şehiçlə üz-üzə qaldığı epizodda qonaqların qapısına penalti təyin edib. Şehiç qaradərili legionerin simulyasiyaya əl atdığını bildirərək hakimə ciddi cəhdlə etiraz etsə də, FİFA referisi onu sarı vərəqə ilə də cəzalandırıb.

Bu zaman əsl feyr-pley nümunəsi nümayiş etdirən Oseqeyl matçın baş hakiminə yaxınlaşaraq ona qarşı hərəkətin kobudluq olmadığını deyib və penalti qərarını dəyişməyə səbəb olub. Nəticədə penalti qərarı və Şehiçə göstərilən sarı vərəqə ləğv olunub.

See also